\
16 Sentyabr 2024 - Bazar ertəsi

Çingiz Mustafayev sevənləri üçün "Rumi gecəsi" hazırlayır - Qobustanda - FOTOLAR

Çingiz Mustafayev sevənləri üçün "Rumi gecəsi" hazırlayır - Qobustanda - FOTOLAR
2192baxış
Müğənni Çingiz Mustafayev fərqli konsert proqramı ilə sevənlərinin qarşısına çıxacaq.
O, bu dəfə Qobustan Milli - Tarix Bədii Qoruğunda səhnə alacaq.
 
Mediapress.az-ın “Rumi gecəsi” işığı altında əsrarəngiz və mistik, öncəki gecələrdən daha dərin, daha işıqlı, daha böyük bir gün sizi gözləyir.
21 sentyabrda baş tutacaq tədbirdə Mustafayevin orkestr çıxışı, xüsusi rəqslər, səhnə performansları hazırlanıb. Həmçinin, ART ZONE-da yaradıcı insanlarla birlikdə master-klasslara qoşularaq gününüzə yaradıcılıq da qata bilərsiniz.
 
Gecədə atların və dəvələrin yürüşü, xüsusi təlimçilərin çıxışı, qayaların üzərində lazer şou, Türkiyədən dəvət edilmiş saməzənlərin çıxışı, həmçinin, tədbirdə Pantomima teatrı tərəfindən performanslar nümayiş etdiriləcək.
Gecə 19.19-da başlayır!