\
12 Oktyabr 2024 - Şənbə

Xalq artisti üç mahnısına yeni nəfəs verir

Xalq artisti üç mahnısına yeni nəfəs verir
1094baxış
Xalq artisti Brilliant Dadaşova üç hitinə yeni nəfəs verir.
 
Mediapress.az-ın məlumatına görə, o, “Yarımgilə”, “Səninləyəm”, “Yalvarıram” adlı mahnılarını yenidən ifa edib. Sənətçi bunun üçün kamera qarşısına da keçib.
 
Dadaşova bu barədə görüntüləri instaqram hesabında “Yenə çəkirlər” başlığı ilə paylaşıb. “Caspian Media Group” tərəfindən ekranlaşdırılan işdə estrada ulduzu hollivudsayağı imici və kadrları ilə diqqət çəkir. Onun tərzi üzərində stilist Elnur Həsənov çalışıb.
 
Layihə yaxın günlərdə təqdim ediləcək.