Aygün Röya qalmaqalına son qoyuldu! - Barışdılar!
Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla bağlı açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, "Afaqla onlar" verilişində qonaq olan Pop kraliçanı ad günü münasibəti ilə təbrik edənlər arasında Röya da yer alıb.
"Ad gününü təbrik edirəm, can sağlığı arzu edirəm. Baxmayaraq ki, nə vaxtsa böyük qalmaqalımız olub. İllər keçir, biz böyüyürük, bəzi şeyləri başa düşürük. Can sağlığı, sənətdə uğurlar arzulayıram. Bizim rəqabətimiz mahnı üstündə olsun. Onsuz da heç vaxt şəxsi münasibətdə problem olmayıb. Bu, sənətlə, yəni balaca dedi-qodularla oldu. Sizi sevirəm" deyə, Röya təbrikində bildirib.
Kazımova isə onu ad günü münasibətilə ilk təbrik edən şəxsin də Röya olduğunu bildirib:
"Düz deyir, o məni, mən də onu çox sevirəm. Bir neçə gün əvvəl göyün yeddinci qatında məni ilk Röya təbrik etdi. Həmin gün biz eyni təyyarə ilə tədbirdən qayıdırdıq. Gəlib məni təbrik etdi, qucaqlaşdıq, öpüşdük. Başqa necə ola bilər? Başqa cür olmamalıdır. Bəzi xoşagəlməz şeylər yaşanıb. İndi Röya da böyüyüb, böyük qızdır. Mən də böyümüşəm, böyük qızam. Bilirəm ki, doğrudan da, Röyanın mənə böyük sevgisi var. Bu, qarşılıqlıdır. Röya, canım, mən də səni sevirəm".