\
21 Fevral 2025 - Cümə

CineMastercard-da “Bridcit Cons.Oğlana heyran” filminin premyeradan öncə nümayişi keçirilib

CineMastercard-da “Bridcit Cons.Oğlana heyran” filminin premyeradan öncə nümayişi keçirilib
1273baxış

CineMastercard-da “Bridcit Cons.Oğlana heyran” filminin premyeradan öncə nümayişi keçirilib
“28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Sevgililər gününə özəl Britaniyanın “Bridcit Cons. Oğlana heyran” romantik komediyasının premyeradan öncə nümayişi keçirilib.

Mediapress.az-ın məlumatına görə, xüsusi nümayişdə “Mastercard” beynəlxalq ödəniş sistemin “Priceless” təcrübələr çərçivəsində dəvət olunan tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, ingilis yazıçısı Helen Fildinqin romanı əsasında çəkilən filmin rejissor Maykl Morrisdir.

Əsas rolları Rene Zellveqer, Kolin Fyort, Çivetel Eciofor, Leo Vudall, Hyu Qrant, Emma Tompson və başqaları ifa ediblər.

Filmin məzmununa gəlincə, bir neçə il əvvəl Bricit Cons sevimli həyat yoldaşını itirmişdi – Mark Darsi Sudanda humanitar missiya zamanı həlak olmuşdu. Həyatına davam etməyə çalışan Bricit işə qayıdır və hətta tanışlıq proqramını yükləyir. Bu proqram vasitəsilə onun həyatına gənc və yaraşıqlı oğlan daxil olur. İndi isə tənha ana olaraq Bricit ev, iş və romantik münasibətləri necəsə birləşdirməli, atasızlıqdan əziyyət çəkən oğlunu dəstəkləməli, həmçinin oğlunun məktəbindəki ideal anaların qınaqlarına sinə gəlməlidir.

Tədbirin təşkilində Brand Media Groups, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, event agentliyi dəstək göstəriblər.