Seyfi oğurlanan Nazpəri Dostəliyeva məhkəməyə gəlmədi - FOTOLAR
Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə ittiham edilənlərin məhkəməsi başlayıb.
Mediapress.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin məhkəməsi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib.
Onlar 19 avqust 2017-ci il tarixində Nərimanov rayonunda Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.
Cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü - Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər.
Bu gün baş tutan məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatları dəqiqləşdirilən zaman məkum olub ki, C.Əliyev Sumqayıt şəhərində anadan olub, ali təhsillidir və əvvəllər məhkumluq həyatı yaşayıb. R.Verdiyevlə N.Fərəcov da daha əvvəl həbs edilib, məhkumluqları isə ödənilib.
Zərərçəkmişlər - N.Dostəliyeva və digərlərinin məhkəmədə iştirak etmədiyi elan olunub.
Məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib.
Məlumata görə, dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.
Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.
Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.
Məlumata görə, azadlığa buraxılan A.Həmidov taksi sürücüsü olub. A.Həmidov daha sonra azadlığa buraxılıb.