“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında eyniadlı kompüter oyunu əsasında hazırlanmış “Minecraft kinoda” macəra filminin premyeradan öncə nümayişi keçirilib.

Mediapress.az-ın məlumatına görə, film Warner Bros. Pictures və Legendary Pictures şirkətlərinin birgə layihəsidir.

Cared Hessin rejissoru olduğu filmdə aktyorlar Ceyson Momoa, Cek Blek, Emma Mayers, Daniel Bruks, Sebastyan Yucin Hansen, Cenifer Kulic çəkilib.

Qapalı nümayişdə tanınmış simalar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri ilə yanaşı, həm böyüklər, həm uşaqlar da daxil olmaqla müxtəlif yaşlı qonaqlar iştirak ediblər.

Tədbirin təşkilində “FRYDAY Burgers & Fries” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Hellofox” event agentliyinin animatoru və L MEGO mərkəzi dəstək göstəriblər.

Tamaşaçıların “CineMastercard” kinoteatrlar şəbəkəsində 3 dildə – rus, ingilis və türk dillərində nümayiş etdiriləcək. Həmçinin “Minecraft kinoda” filmini ən son 4DX və ScreenX texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.

Qeyd edək ki, yeni film isveçli proqramçı Markus Perssonun yaratdığı Minecraft kompüter oyununun ilk adaptasiyasıdır. Persson 2009-cu ildə layihə üzərində işləməyə başlayıb və bir il sonra ilk inkişafları təqdim edib. Oyun rəsmi olaraq 2011-ci ilin noyabrında buraxılıb.

Film dörd autsayder sirli portal vasitəsilə qəribə, kubik möcüzələr ölkəsinə düşməsindən bəhs edir. Qəhrəmanlar ölkədə məskunlaşan pis canlılarla qarşılaşmalı və evlərinə gedən yolu tapmalıdırlar. Sağ qalmaq üçün onlar malik olduqları bütün yaradıcı bacarıqlardan istifadə etməlidirlər.

Rejissor Cared Hessdir.

Aktyorlar: Ceyson Momoa, Cek Blek, Emma Mayers, Daniel Bruks, Sebastyan Yucin Hansen, Cenifer Kulic.

Yeni film isveçli proqramçı Markus Perssonun yaratdığı Minecraft kompüter oyununun ilk adaptasiyasıdır. Persson 2009-cu ildə layihə üzərində işləməyə başlayıb və bir il sonra ilk inkişafları təqdim edib. Oyun rəsmi olaraq 2011-ci ilin noyabrında buraxıldı.
Film haqqında qısaca: Dörd autsayder sirli portal vasitəsilə qəribə, kubik möcüzələr ölkəsinə düşür. Qəhrəmanlar ölkədə məskunlaşan pis canlılarla qarşılaşmalı və evlərinə gedən yolu tapmalıdırlar. Sağ qalmaq üçün onlar malik olduqları bütün yaradıcı bacarıqlardan istifadə etməlidirlər.

Qapalı nümayişdə tanınmış simalar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri ilə yanaşı, həm böyüklər, həm uşaqlar da daxil olmaqla müxtəlif yaşlı qonaqlar iştirak ediblər.

Tədbirin təşkilində “FRYDAY Burgers & Fries” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Hellofox” event agentliyinin animatoru və L MEGO mərkəzi dəstək göstəriblər.

“Minecraft kinoda” filminin premyeradan oncə nümayişi oyun və kino həvəskarları üçün əsl bayram oldu. Maraqlı dekorasiya, oyun qəhrəmanının obrazı, tamaşaçıların rəğbətli rəyləri və tədbirin miqyası bu axşamı həqiqətən də unudulmaz etdi.

Tamaşaçıların “CineMastercard” kinoteatrlar şəbəkəsində ən çox gözlədiyi filmlərdən biri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdiriləcək. Həmçinin, “Minecraft kinoda” filmini ən son 4DX və ScreenX texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.