\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Hadisənin anası intihara cəhd etdi - SƏBƏB

Hadisənin anası intihara cəhd etdi - SƏBƏB
1061baxış

Məşhur türkiyəli müğənni Hadisənin anası Gülnihal Açıqgözün intihara cəhd etdiyi iddia olunur.

Bu barədə məlumatı “Sabah” qəzeti yayıb. Məlumata görə, müğənninin anası dozadan artıq yuxu dərmanı içməmişdən qabaq qızlarına “Mənimlə maraqlanmırsız. Xəstə olduğumu deyirəm, məni həkimə aparmırsız” sözlərinin olduğu məktub yazıb.

Analarından xəbər tuta bilməyən Hadisə və bacısı binanın təhlükəsizlik xidmətinə müraciət edib. Polisin də yardımı ilə Gülnihal Açıqgözün evinin qapısı açılıb. Hazırda onun xəstəxanada olduğu və bir həftədir müalicə aldığı deyilir. Müğənnin anası qızlarına "Aranızdakı pul məsələlərindən və davalarızdan təngə gəldim" deyərək, etiraz etdiyi iddia edilir.(kult)

Mediapress.az