\
24 Noyabr 2024 - Bazar günü

Brilliant Dadaşova Elzanı tərifləyib, izləyiciləri təhqir etdi! - İNSTAQRAMDA EKSKLÜZİV - FOTOLAR

Brilliant Dadaşova Elzanı tərifləyib, izləyiciləri təhqir etdi! - İNSTAQRAMDA EKSKLÜZİV - FOTOLAR
1659baxış

Bir neçə gün öncə əməkdar artist Elza Seyidcahanın İnstaqram səhifəsində Mikayıl Müşfiqə həsr etdiyi “Gəl mənə əl çək, Müşfiq” şeirini nəzərinizə çatdırmışdıq.

Mediapress.az xəbər verir ki, elə həmin gün Elza xanım izləyiciləri tərəfindən “top atəşinə” tutulmuşdu. Kimisi onu qınamış, kimisi tənqid etmiş, kimisi dahi şairin ruhunu incitdiyini bildirmiş, kimisi isə acılamışdı. Xatırladaq ki, çox az sayda E.Seyidcahanın şeirini bəyənənlər olmuşdu ki, onların arasında xalq artisti Brilliant Dadaşova da vardı.

O, “sənin istedadını cılız insanlar anlamaz. Əcəb edib tikirsən özlərini adam hesab edən cılızların ağzını”. – deyə şərh yazmaqla həmkarının səhifəsindəki izləyiciləri bu cür təhqir edibmiş.

P.S. Elza xanımın yazdığı tərifəlayiq şeiri isə budur:

Gəl mənə əl çək, Müşviq

6 yanvar anım günündür, Müşviq

Sənin o gün qanın axıbdır, Müşviq

Bu gün sənin məzarın yoxdur, Müşviq

Ramiz Rövşən demişdir ki, ay Müşviq

Milyon-milyon qəbir varsa,

Bir qəbirsiz şair varsa,

Üzündə bir sağ yer varsa,

Dünyanın tfu üzünə

Tfu üzünə dünyanın

Qələmlərdə yerin sənin

Kağızlarda, qəlblərdə

Könlümdə nə varsa

Açayım dağlara

O dillərdə bu dillərdə

Dənizlərdə, tarlalarda, təbiətdə, bəşəriyyətdə

Axı necə əl çəkim?

Qəhqəhələrdir Müşviq.

Ha-ha-ha-halardır Müşviq.

Məzaristanlardır Müşviq.

Məkanın cənnətdir, Müşviq.

Gəl məni çək

Məni sən çək

Çək mənə əl, can Müşviq

Ruhun şad olsun, Müşviq

Şad-Xürrəm otur, Müşviq.

Şəlalə Nəriman