\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Toppuşbacıdan xəbər var - Xərçəngin səbəbi bəlli oldu

Toppuşbacıdan xəbər var - Xərçəngin səbəbi bəlli oldu
1090baxış
Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əməliyyat olunub.
 
Mediapress.az  axşam.az-a istinadən bildirir ki, əməliyyatdan sağ-salamat çıxan aktrisa reanimasiyadadır.
 
Bu barədə şairə Nazilə Səfərli məlumat verib. O bildirib ki, əməliyyat uğurla keçib:
 
"İndi həkimindən soruşdum, dedi, reanimasiyadadır. Əməliyyat yaxşı keçib. Panikaya gərək yoxdur. Sabah görüşünə icazə aldım".
 
N.Səfərli eyni zamanda aktrisanın xərçəngə tutulma səbəbini də söyləyib:
 
"Xəstəlik uşaqlıq boynunda olan kiçik eroziyadan başlayıb. Sonra Tünzalə mədə kiçiltmə əməliyyatı keçirib ki, arıqlasın. Yeməyi azalıb, imuniteti aşağı düşüb və xəstəlik sürətlənib"