\
23 Noyabr 2024 - Şənbə

Xoşqədəm Hidayətqızı əsəbləşdi - "Öncə qadına müraciət qaydasını öyrən!" EKSKLÜZİV - FOTOLAR

Xoşqədəm Hidayətqızı əsəbləşdi - "Öncə qadına müraciət qaydasını öyrən!" EKSKLÜZİV - FOTOLAR
2586baxış

Mediapress.az xəbər verir ki, tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızını sosial şəbəkə istifadəçilərindən biri yenə də əsəbləşdirib. Belə ki, statusun hədəfi aparıcının azərbaycanlı vətəndaşı ilə deyil, müğənni Doğuşla ailə qurması olub. Vətəndaşın ittihamlayıcı sualına aparıcının sərt cavabı gecikməyib:

“Öncə qadına müraciət qaydasını öyrən! Axı sən kişisən! Kişi qadına hörmətlə yanaşar. Təbii, əgər evdə ana, bacısına sayqısı varsa. İkinci, sənin kimi qadına müraciət qaydasını belə bilməyən, bəzi işsiz-gücsüz, arvadlar kimi qeybət edən (qadınların qeybətini) kişiləri görəndə sevinirəm ki, mən qadınam! Və son sözüm sənə, get özünü və ailəndəki arvadları müzakirəyə qoy, ok?  Və bir də bir az arvadsayağı qeybəti kənara qoy,  öz millətinin kimliyini, tarixini oxu! Deyə bilmərəm, bəlkə sən türk yox, başqa millətin nümayədəsisən... Amma mən də, mənim ərim də türkdür! Yəni, ay qadınların qeybətini edə kişi, xarici deyil ərim”.

Günel Ayxan