\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Röya saytları lağlağaya qoydu - "Mahnının ortasında az qalırsınız kirvənizin adını yazasınız" EKSKLÜZİV - VİDEO - FOTOLAR

Röya saytları lağlağaya qoydu - "Mahnının ortasında az qalırsınız kirvənizin adını yazasınız" EKSKLÜZİV - VİDEO - FOTOLAR
1369baxış

Mediapress.az xəbər verir ki, əməkdar artist Röya Ayxanın yeni hiti gəlir.  “Mənə sevgindən bəhs et” adlı mahnının musiqisi və sözləri Zülfü Bədəlova, arajimanı isə Elvin Musayevə aiddir.

Hitin tam versiyası hazır olmamış, artıq bütün ölkəni lərzəyə gətirdi desək, yalan olmaz. Sosial səhifələr, internet kanalları “Mənə sevgindən bəhs et” mahnısının “özününküləşdirilmiş” variantını yaymaqdadır. Bu da əlbəttə ki, bir ifaçı kimi Röyanı hiddətləndirməyə bilməzid. Elə bu üzdən də o, İnstaqramda internet kanallarını idarə edənlərə səslənib:

“Şəxsi səhifədən bəhrələnin, halal xoşunuz olsun. Bu arada Youtube-da nəğməsevər dostlara da məsləhət: 15-dən çox kanala “Stop” qoyuldu. Etməyin. Abilər. İmkan verin mahnı yaşasın”.

Xatırladaq ki, əməkdar artist bəzi sayt, internet kanallarını lağlağaya qoymağı da unutmayıb:

“Yoxsa mahnının ortasında az qalırsınız kirvənizin adını yazasınız. Görüşək-az, nə bilim, big.az. cəmilə.az... Booo....”

Günel Ayxan