Tolik Röyanı müdafiə etdi - "Röya sənin paltarını geyinə bilər, amma..." QALMAQAL
Tolik bu gün Elnarə Xəlilovanın İnstaqram hesabından Röyaya göndərdiyi ismarıca cavab verib. Prodüser Elnarənin ona ünvanladığı, "Tolik bilmirdi sənin sifarişini yerinə yetirsin, yoxsa veriliş aparsın" sözlərinə diqqət çəkərək, "Mən bəlkə də bunu yazmayacaqdım, amma Elnarə, sənin paylaşımından sonra yazdım ki, lap əmin olasan. Allah insan qəlbini görür və onun müqabilində insana ruzi verir. Əməllərində kin, paxıl insanlar heç vaxt qabağa getmir. Bu gün mən veriliş aparıramsa və Röya ilə dostamsa, bu o demək deyil ki, verilişimizə kiminsə sifarişi ilə mövzu qoyulur. Mən Allaha and içirəm ki, bu mövzu haqqında heç Röyayla danışmamışam. 2 bacıma qurban olsun bu dünyanın malı,onlar mənə hamıdan əzizdi. Amma sən burda haqqımıza girdin. Mən heç 3 gündü Röya ilə danışmamışam, nə isə də deyim. Mövzunu ona görə qoyduq ki, sənin paylaşımından sonra aktual oldu bu mövzu" deyə bildirib. (open.az)