Porno filmə çəkilən azərbaycanlı model məhkəmə qarşısında
Tanınmış müğənni, əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən keçmiş biznes ortağı Hüseynova Səbinə Rufiz qızı bəraət almaq üçün Ali Məhkəməyə müraciət edib.
“Ölkə.Az”ın məlumatına görə, S.Hüseynovanın məhkəmə prosesi sentyabr ayının 5-də hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, ötən il dekabr ayının 15-də Səbinə Hüseynovanın Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası başa çatıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə S.Hüseynova 5 il müddətinə azadlıqdan məhrum edilib. Ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ittiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Fuad oğlu Babayevin 86 min dollarını, Adıgözəlova Günel Şirxan qızınında külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib. Qeyd edək ki, G. Adıgözəlova siyasi elmlər üzrə fəlsəfə doktorudu.
Bakı Ağır Cinayətlər Məhkəməsində onun cinayət işi üzrə məhkəmə iclası zamanı dövlət ittihamçısı çıxış edib və S.Hüsynovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra S.Hüseynova növbəti proseslərə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarış qərarı çıxarıb.
R.Ayxanla birgə işləmiş tanınmış dizayner S.Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və o, Bakı İstintaq Təcridxanasına köçürülüb.
S.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb.
Səbinə Hüseynova 1990-cı illərin sonlarında xarici ölkələrin birində bir neçə porno filmə də çəkilib. Həmin filmlər 2000-ci illərin ortalarında Azərbaycanda da yayılıb.