Ülvi Qılınc biabır etdi - “Kişilər ora-burasın öpüb, çimdikləyir”
1933
Tanınmış müğənni Ülvi Qılınc toy biznesində bərk gedən, şou-biznesdə ad çıxaran məşhur həmkarları ilə bağlı qalmaqallı açıqlamalar verib.
Mediapress.az bildirir ki, yenicag-a danışan sənətçi toyda döyülən müğənnilərlə bağlı gizlinləri açıb-töküb:
"Bu gün şou-biznesdəki müğənnilərin yüz faizdən yalnız 2 faizi toylarda özünü apara bilir. Qalanları nə hərəkətini bilir, nə geyimini, nə də özünü aparmağı. Baxırsan, adını kişi qoyub, amma dar "retuz" şalvarda, sinəsi açıq köynəkdə, "krassovkalar"da toya gedir. Ay başına dönüm, kişi də arvad kimi dekolte geyinər, sinəsini, kürəyini bayırda qoyar? Elə buna görə də onları döyüb, başına butulka vururlar. Toyda gözümün qabağında müğənni olub ki, salıb təpiyin altına çırpıblar. Qadın müğənnilərə də aiddir. Siqaret damağında, içki içir, bədənini də qoyub çöldə, kişilər də ora-burasın öpüb, çimdikləyir. Mən də toya gedirəm, amma çöldə, evdə geyindiyim paltarla toya getmirəm. Toyda içib, onun-bunun arvadına söz atmıram"