\
27 Noyabr 2024 - Çərşənbə

Könül Xasıyevanın vəziyyəti necədir? - “Yenidən xəstəxanaya yerləşdiriləcəm”

Könül Xasıyevanın vəziyyəti necədir? - “Yenidən xəstəxanaya yerləşdiriləcəm”
1959baxış
Xalq artisti Könül Xasıyeva yenidən xəstəxanaya yerləşdiriləcək.
Bu barədə xanəndə özü xəbər verib. O bildirib ki, müalicələri davam edir:
 
"İndi daha yaxşıyam. Həkim deyir ki, hər şey yaxşılığa doğru gedir. Bu ayın ortalarında yenidən xəstəxanaya yerləşdiriləcəm. Müalicə olunmalıyam. Get-gedə sağalıram".
 
Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir. Xanəndə bir neçə ildir ki, müalicə alır. O, martda verdiyi solo konsertdən sonra böyük səhnə ilə vidalaşdığını bildirib. (axşam)