Lamiyə Ələkbərovaya AZTV-də vəzifə verildi
1966
Tanınmış teleaparıcı Lamiyə Ələkbərova bundan sonra fəaliyyətini AZTV kanalında davam edəcək.
Mediapress.az axşam.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalında direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu, L.Ələkbərovanın AZTV-yə ikinci qayıdışıdır. Belə ki, o, 1996-2006-ci illərdə burada fəaliyyət göstərib. Daha sonra aparıcı Lider, İTV-də də işləyib.