\
23 Oktyabr 2024 - Çərşənbə

"Yırtıcı" filmi təqdim edildi - "Park Cinema Flame Tower"də

"Yırtıcı" filmi təqdim edildi - "Park Cinema Flame Tower"də
1146baxış

11 sentyabr tarixində "Park Cinema Flame Towers" kinoteatrında “Yırtıcı” filminin premyerasına 2 gün qalmış qapalı nümayişi baş tutdu. Tədbirdə KİV nümayəndələri, bloggerlər, aktyorlar, prodüser və rejissorlar iştirak etdilər.

Qeyd edək ki, kinoteatrın qonaqları filmin ilk tamaşaçıları oldular. Qapalı nümayişdən əlavə, qonaqlar "Park Cinema"nın "Yanardağ" şərab brendi, "ŞehSu" su brendi və şəhərimizin ən yaxşı bürger restoranı "BurgerBomb"-un dəstəyi ilə təşkil etdiyi furşetdən zövq aldılar. Furşetdən, DJ AKG tərəfindən təşkil olunan musiqidən, fotosessiyadan və məzəli söhbətlərdən zövq almış qonaqlar birbaşa İMAX zalına, filmi izləməyə yollandılar.

Film “20th Century Fox” studiyası tərəfindən çəkilmiş bir sıra fantastik filmlərinin davamıdır. Filmin rejissoru Shane Black, "Dəmir Adam 3" filminin rejisoru olub və 1987-ci ildə ilk "Yırtıcı" filmində özü çəkilib.

Sikvelin baş qəhrəmanı keçmiş dənizçidir. O, yer üzündə pis niyyətli əcnəbi irqi məxluqları aşikar edir. Lakin bu məxluqların mövcud olduğuna ona heç kim inanmır. Gözlənilməz anda onun oğlu Yırtıcı ilə döyüşün əsas qəhramanına çevrilir. Uşaq dilləri çox tez öyrəndiyinə görə əcnəbi varlıqları başa düşə bilir.

Baş rollarda Boyd Holbruk, Trevante Rouds, Ceykob Trembley, İvonn Straxovski, Oliviya Mann, Tomas Ceyn, Edvard Ceyms Olmos, Ceyk Byüzi, Nayoll Metter və diqərləri çəkilib.

Filmi sentyabrın 13-dən Park Cinemanın bütün kinoteatrlarında 2D, 3D, LaseR və IMAX 3D formatlarında izləmək mümkündür. Lakin bu hələ son deyil! Filmi rus, ingilis və türk dillərində dublyaj, həmçinin Azərbaycan dilində alt yazılarla izləmək mümkündür.

Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzləri, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers daxildir.

Könül Qocayeva Aypara