\
14 Oktyabr 2024 - Bazar ertəsi

Yıldız Tilbe jurnalistlər üçün mətbuat konfransı keçirəcək - BAKIDA - VİDEO

Yıldız Tilbe jurnalistlər üçün mətbuat konfransı keçirəcək - BAKIDA - VİDEO
1848baxış
Mediapress.az xəbər verir  ki, Türkiyədə verdiyi konsertlər anşlaq olan Yıldız Tilbe bir neçə gün sonra Azərbaycana gələcək. Türkiyənin Çizgim Event-Noya Yapım şirkətinin təşkilatçılığı ilə Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq konsertə Bakıda da böyük maraq var. İlk dəfə Azərbaycana gələn müğənni Bakı Kongres Mərkəzində təşkil olunacaq konsertdə ifası üçün xüsusən həyəcanlıdır. Konsertdən bir gün öncə mətbuat konfransı təşkil olunacaq. Türk pop starı Yıldız Tilbe azərbaycanlı jurnalistlərin suallarını böyük məmnuniyyətlə cavablandıracağını bildirib.

Könül Aypara