Tolik Aygün və Namiq barədə - “İstəmirdilər…”
1812
“2 il qabaq Aygün Kazımova Moskvada Namiq Qaraçuxurlu ilə eyni səhnəyə çıxmaqdan imtina etdi”. Bu sözləri “Hər şey daxil” verilişində prodüser Tolik ( Tarix Əliyev ) deyib. O bildirib ki, keçmiş sevgililərin yenidən toyda bir araya gəlmələrinə sevinib:
“İllər öncə Aygünlə Namiqi eyni toya istəmişdilər, imtina etdilər. İkisi də bunu istəmədi. Amma bu o demək deyil ki, Aygünə Moskva toylarında qadağa qoyulub. Onlar düşmən deyillər. Bu yaxınlarda birlikdə səhnəyə çıxmışdılar, çox sevindim”.
Qeyd edək ki, Namiqlə Aygün bu yaxınlarda el məclisində bir araya gəliblər. Onlar duetlərinə qalmaqallı şəkildə son qoymuşdular.
Yalçın Uğur