“İki qardaşın arasına girməyin” - Elgiz ittihamlara cavab verdi
Teleaparıcı Elgiz Əkbər Oqtay Əliyev ilə qardaşı Elçin Əlibəylinin münasibətlərini pozmaqda ittiham edilməsinə münasibət bildirib. Belə ki, müğənni Kərim Abbasov O. Əliyevin də qonaq olduğu “Səhər-səhər” proqramında proqramda teleaparıcı haqqında sərt fikirlər səsləndirib. Bundan sonra Elgiz Əkbər iki qardaşın arasını pozmaqda ittiham edilib.
Teleaparıcı məsələyə sosial şəbəkədə aydınlıq gətirib: "Qulaqlarımı tutdum. Niyə? Çünki bezdim. Bir daha söyləmək istəyirəm ki, Kərim müstəqil insandır. Onun söylədikləri subyektiv fikridir. Oqtay Əliyev verilişə Kərim çıxış edəndən sonra qatıldı. Təbii ki, deyiləndən xəbərsiz idi. Bu qədər. Bəziləri iki qardaşın arasına girməsin. Günahdır".
Qeyd edək ki, Kərim Əlibəyli ilə bağlı bunları demişdi: “Həyatımda 3 nəfərə halallıq verməyəcəm, onlardan biri də Elçin Əlibəylidir. Axirətdə 2 əlim onun yaxasında olacaq. Allah da mənə desə ki, ona halallıq ver, mən halallıq vermərəm. Onun yıxdığı evi heç kim yıxmayıb. O mənə elə bir tələ qurmuşdu ki, vaxt gələr öz canından çəkər. Onsuz da çəkir. Oxuyub prokuror ola bilərsən, jurnalist ola bilərsən, amma həyatda insan olmaq lazımdır. Öz reytinqinə xətir kimisə bədbəxt edə bilməzsən.
Elçin Əlibəyli, sən insan kimi pis insansan. İnsanlıq məktəbi olsaydı, birinci onu göndərərdim. Mən hələ ki, susuram. Öz verilişində mənə qarşı elə bir oyun qurmuşdu ki, məni çırpdı yerə. Mən Elçinə görə 1 il İstanbulda yaşadım. Elçin, mən sağ qalsam, sən ölsən, molla deyəndəki haqqınızı halal edin, deyəcəyəm ki, haram xoşu olsun”. (musavat)