Yıldız Tilbenin konserti baş tutdu - Bakı Konqres Mərkəzində EKSKLÜZİV - VİDEO - FOTOLAR
Mediapress.az xəbər verir ki, Türkiyənin tanınmış sənətçisi – istedadlı müğənni-bəstəkar Yıldız Tilbe Bakıya gəldi. Bakı Konqres Mərkəzində “Delikanlım” adlı möhtəşəm konsert gurultulu alqışlarla başladı. Yıldız xanım sadə geyimi kimi səmimiliyi ilə də fəqrləndi. O, pərəstişkarlarının qarşısına çıxıb, onu müşayiət edən musiqiçilərin ifaları altında repertuarındakı sayılıb-seçilən mahnılarını oxudu.
Xatırladaq ki, türk sənətçisini dinləməyə gələnlər arasında Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, türk tələbələr , həmçinin azərbaycanlı müğənnilərdən - Türkan Əlizadə, Niyam Salami, Zemfira Qurbanova, Kərim Abbasov da var idi. Kərimlə Niyam gül dətəsini Yıldız xanıma təqdim etmək istəsələr də, nədənsə buna izn verilmədi. Kərimgil səhnəyə buraxılmasalar da, gül dəstəsini türk sənətçisinə səhnənin aşağı hissəsindən təqdim edə bildilər.
Amma onlardan fərqli olaraq, Zemfira səhnəyə çıxmağı bacardı. Belə ki, ”Azərbaycanın “ünlü” sənətçisi” başlıqlı bir ismarıc Yıldız xanıma təqdim edildi. O plakat tipliismarıcı oxuduqdan sonra Zemfira Yıldız Tilbeni salamlayıb və iki türk mahnısı oxuyub getdi.
Onu da xüsusi vurğulayaq ki, Y.Tilbe iki saatdan çox çəkən konsertdə canlı ifa etdiyi mahnılarına bir an belə olsun ara vermədi. Hətta Azərbaycanincilərindən “Bu qala daşlı qala”,”Olmaz olmaz” və “Bir utan, qızına aşıqolarmı adam?” kimi mahnılarınıdacanlı-canlı ifaetdi.
Bax beləcə, yüksək ab-hava ilə başlayan konsert elə bu notlarladaca başa çatdı.
P.S. Media işçilərinə xüsusi diqqətə görə ŞəhanəSarıya təşəkkür edirik!
Hazırladı: Könül Qocayeva