\
24 Noyabr 2024 - Bazar günü

Şəfiqə Axundovanın anım tədbiri keçirildi - MƏŞHURLAR QATILDI EKSKLÜZİV - FOTOLAR

Şəfiqə Axundovanın anım tədbiri keçirildi - MƏŞHURLAR QATILDI EKSKLÜZİV - FOTOLAR
2106baxış

Bu gün şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundovanın anadan olmasının şərəfinə Beynəlxalq Mətbuat Mərkəzində anım tədbiri keçirildi.Tədbirin təşklatçılarından biri olan, 5 il Şəfiqə xanımdan bəstəkarlıq  dərsləri alan Arif Səlimov tədbiri açıq elan etdi.

“Mən fəxr edirəm ki, bəstəkarlıq fəaliyyətimi məhz o cür dahi insanla başladım. Ondan çox şey öyrəndim. Bir-birimizə ana-bala kimi bağlanmışdıq. Şəfiqə xanım dünyasını dəyişəndə mən də bir müddət tərki-dünya oldum”, - deyə açıqlama verən gənc bəstəkar-müğənni tədbirə bir çox tanınmış şəxsləri dəvət etmişdi. O cümlədən  Milli Məclisin deputatı Jalə Əliyeva, xalq artistləri Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədova bacıları,gulustan eliyeva aktrisa Çimnaz Sultanova gənc müğənnilər, jurnalistlər və digər qonaqlar sənətkarın anım mərasiminə böyük məmnuniyyətlə qatılmışdırlar. .

Jalə xanım Şəfiqə Axundova ilə bağlı təəssüratlarını şairə anası Nurəngiz Gül ilə ilə bağladı. Sən demə, onlar gənclik vaxtlarından rəfiqə olublar. Taleləri də oxşar olub.     

Tədbirdə Şəfiqə xanımla bağlı xatirələrini paylaşanlar arasında Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədova, əməkdar artist Gülüstan Əliyeva da oldu.

Onu da qeyd edək ki, tədbirə gələn qonaqlar arasında Şəfiqə Axundovanın adını daşıyan bacısının nəticəsi – balaca Şəfiqə də var idi.

HAŞİYƏ:

Şəfiqə Axundova 1924-cü il yanvar ayının 21-də Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.

Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə "Gəlin qayası" operası ilə musiqisevərləri valeh edib.

26 iyul 2013-cü ildə vəfat etmişdir.

P.S. Əlavə edək ki, tədbirdən sonra Arif Səlimov və qonaqları gül dəstələri ilə Şəfiqə Axundovanın məzarını ziyarət ediblər.  

Könül AYPARA

Şəlalə Nəriman