\
24 Noyabr 2024 - Bazar günü

Azərbaycanlı stilistin növbəti yeni işi hər kəsi kövrəltdi - VİDEO

Azərbaycanlı stilistin növbəti yeni işi hər kəsi kövrəltdi - VİDEO
1691baxış

Azərbaycanın məşhur stilisti  “əvvəl/sonra”  layihəsi ilə bütündünyada məşhurluq qazanmış  Anar Ağakişiyev yeni işini  instagram sosial şəbəkəsində  təqdim edib.

Minval.info  xəbər verir ki, stilistin budəfəki qəhrəmanı  11 yaşında bədbəxt hadisə nəticəsində sifəti eybəcər hala düşmüş azərbaycanlı qadın olub. O, özü bu haqda şəxsi hesabında yazaraq bildirib:

“18 illik təcrübəmdə ən ağır və təsirli işim. 11 yaşında onun başına bədbəxt hadisə gəlib və heç zaman özünə makiyaj etməyib. İlk dəfə ona makiyaetdim və güzgünü bağlamaq qərarına gəldim. Gəlin bir-birimizə xoş təəssüratlar bağışlayaq. Gəlin bir birimizi xoşbəxt etməyə çalışaq. Çox şadam ki,ona bu sevinci bəxş edə bildim”.

Qeyd edək ki, gün ərzində videoya baxış sayı 2 milyonu ötüb və “İnstagram”da digər populyar blogerlər tərəfindən də paylaşılıb.

Mediapress.az