\
24 Noyabr 2024 - Bazar günü

Türkiyəli müğənni Afaqı məhkəməyə verir - Yeni qalmaqal - VİDEO

Türkiyəli müğənni Afaqı məhkəməyə verir - Yeni qalmaqal - VİDEO
1751baxış

Türkiyəli məşhur müğənni Ece Seçkin azərbaycanlı ifaçı Afaq Aslanı məhkəməyə verməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, o, bu haqda sosial şəbəkədə yazıb. Belə ki, Afaq Aslan onun ifasında səslənən “Follow Me” mahnısını icazəsiz olaraq sözlərini dəyişdirərək ifa edib.

Bu isə Eceni özündən çıxarıb: “Etdiyiniz bu hərəkət insan əməyinə hörmətsizlikdir. Mahnının sahibindən icazə almadan, bir də başqasının mahnısı kimi yayımlayıb, klip çəkdirmisiniz”.

O, daha sonra mahnının bəstəsinin sahibi Kemal Şimşekyaya “Sən məhkməyə verirsən, yoxsa mən hərəkətə keçim?” sözlərini yazıb.

Qeyd edək ki, sözügedən mahnı “Sənlə mən” izləyicilərə təqdim edilərkən sözlərinin gənc yazar Kamala, musiqisi və aranjimanının isə Fərid Ağaya məxsus olduğu bildirilib.