Filipp Kirkorov uşaqları ilə birgə təyyarədə çətin anlar yaşadı
Rusiyanın pop kralı, müğənni Filipp Kirkorovun uşaqları ilə birgə uçduğu təyyarə Moskvanın “Domodedovo” hava limanına qəza enişi edib.
S7 şirkətinə məxsus təyyarədə Varna şəhərindən Moskvaya gedən sənətçi bu uçuşu heç zaman unutmayacaq.
Belə ki, enməyə hazırlaşan təyyarənin təkərləri eniş zolağına bərk dəyib və hava gəmisi yenidən havaya qalxaraq ikinci dəfə dövrə vurub.
Təyyarənin sərnişinləri qorxduqları üçün qışqırmağa başlayıblar. İkinci cəhddə ekipaj üzvləri peşəkarlıq nümayiş etdirərək təyyarəni müvəffəqiyyətlə yerə endirə biliblər.
F.Kirkorovun yaxınlığında əyləşən sərnişinlərdən biri hadisənin detallarını bu cür şərh edib:
“Təyyarə yerə güclü zərbə ilə endi. İnsanlar qışqırmağa, ağlamağa, dua etməyə başladılar. Hamımız çox böyük sarsıntı keçirtdik. Bizə hadisə ilə bağlı heç bir şey izah etmədilər. Hər şeyin qaydasında olduğunu elan etdilər. Filipp özü də şokda idi və əvvəllər belə bir şeyin onun başına gəlmədiyini söylədi. Xoşbəxtlikdən müğənninin uşaqları baş verən olaydan bixəbər olduqları üçün qorxmamışdılar”.(Oxu.az)