Mustafa Sandalın arvadı eks sevgilisinə qayıtdı
1837
Türkiyənin məşhur müğənnisi Mustafa Sandalın serbiyalı xanımı Əminə Sandal haqqında yeni bir iddia ortaya atılıb. “Qafqazinfo” Hürriyet qəzetinə istinadən xəbər verir ki, Serbiya mətbuatı Əminənin keçmiş sevgilisinə qayıtması barədə xəbərlər dərc edib.
Qeyd olunur ki, Mustafanın sənətçi həyat yoldaşı eks-sevgilisi Marko Miskoviçlə yenidən eşq yaşamağa başlayıb.
Kurir jurnalı yazır ki, türkiyəli pop ulduzla problem yaşayan Əminə axtardığı sevgini Markoda tapıb.
Xəbərdə “Əminə ilə Marko bir dövr böyük bir eşq yaşamış, hətta evlənməyə hazırlaşmışdılar” cümləsi də qeyd olunub.
Qeyd edək ki, Əminə ilə Mustafanın boşanmağı barədə Türkiyə KİV-lərində məlumatlar yayılmış, hər iki tərəf xəbərləri təkzib etmişdi.