\
23 Noyabr 2024 - Şənbə

Faiq Ağayev iki “Sığmazam” qəzəlindəki fərqdən danışdı - "Müqayisə korrekt olmaz" - VİDEO

Faiq Ağayev iki “Sığmazam” qəzəlindəki fərqdən danışdı - "Müqayisə korrekt olmaz" - VİDEO
1836baxış
Son günlər Sami Yusufun dahi şair Nəsiminin “Sığmazam” qəzəlinə bəstələnmiş kompozisiyası ətrafında qalmaqallar tükənmək bilmir. Xatırladaq ki, sözügedən qəzəli müğənni Afət Fərmanqızı da ifa edib, lakin hind bəstəsinin müşayətilə ilə. 
 
S.Yusufun klipi Youtube kanalında yayımlanar-yayımlanmaz Afət sosial şəbəkələr vasitəsilə gah onu, gah onun ifasına müsbət rəy verənləri, gah Samiyə maddi dəstək verənləri topa tutmaqdan çəkinmədi. Hətta xalqımızı “paxıl millət” belə adlandırdı. 
 
Əslində, S.Yusuf Nəsimini də, “Sığmazam”ını da bir növ ölümcül vəziyyətdən xilas etmiş oldu (bu barədə ətraflı https://www.moderator.az/news/287849.html linkdə).
 
Azərbaycanın xalq artisti, “Qızıl Şlyager” Faiq Ağayev də məsələyə münasibət bildirib. 
 
“Sami Yusufun “Sığmazam” kompozisiyasını dinlədim. Çox təqdirəlayiq, peşəkar və əzəmətli şəkildə təqdim edib. Əhsən!” – deyə Moderator.az saytına açıqlama verən xalq artisti “bundan öncəki ilə fəqr hiss etdinizmi bir peşəkar kimi?” sualımıza güldü və qısaca, “müqayisə korrekt olmaz”, - dedi. 
 
Doğrudan da artıq şərhə ehtiyac yoxdur... 
 
Könül Aypara