\
23 Oktyabr 2024 - Çərşənbə

Ceki Çandan azərbaycanlı məşhura hədiyyə

Ceki Çandan azərbaycanlı məşhura hədiyyə
1845baxış
Azərbaycanlı Çaplin” kimi tanınan sirk ustası Üzeyir Novruzov dünya şöhrətli çinli aktyor Ceki Çanla görüşüb.
 
Mediapress.az kult.az-a istinadən xəbər verir ki, Ceki Çan sirk ustasına özünün adı yazılmış xüsusi emblemi hədiyyə edib. Aktyorla birgə çəkilmiş fotolarını şəxsi İnstaqram hesabında paylaşan Ü.Novruzov görüş barədə təəssüratını yazıb:
 
"Əfsanəvi qəhrəmanla görüşmək və ondan hədiyyə almaq çox xoş bir sürpriz oldu”.
 
Qeyd edək ki, Üzeyir Novruzov ABŞ-ın "America’s Got Talent” yarışmasında 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.