Teymur Əmrah təmtəraqsız ad günü keçirtdi
1370
Azərbaycanın əməkdar artisti Teymur Əmrah məkanların birində özünə ad günü düzənləyib.
Moderator.az xəbər verir ki, ad günü məclisi elə də təmtəraqlı hazırlanmayıb. Buna baxmayaraq, xalq artistlərindən Gülyaz və Gülyanaq Məmmədova bacıları, Niyaməddin Musayev, əməkdar artist Səbinə İlyasova, komik aktyor Nicat Rəhimov və bir neçə tələbəsi Teymur Əmrahı bu xoş gündə tək qoymayıblar. Onlar birlikdə çay süfrəsi arxasında əyləşib, tort kəsiblər. Beləcə, hər kəs səbəbkarla olan xatirəsini bölüşüb və ona arzularını bildiriblər.
Könül