\
23 Noyabr 2024 - Şənbə

Aşıq Samirədən kəskin ETİRAZ - “Saz havalarını plagiyat formasında ifa edirlər" - VİDEO

Aşıq Samirədən kəskin ETİRAZ - “Saz havalarını plagiyat formasında ifa edirlər" - VİDEO
1738baxış

Əməkdar mədəniyyət işçisi Aşıq Samirə Əliyeva yeni mahnısını təqdim edib.

Mediapress.az saytına açıqlama verən aşıq “Evimizə gəlin gəlir” adlı yeni mahnısını orta müxəmməs aşıq havasına özünün yazdığını bildirib:

“ Bu aşıq havasına ustadlarımız müxtəlif mövzularda olan şeirlər ifa ediblər. Hər ustad öz dövrünə aid olan mövzuya toxunub, mən də bu günün, bu zəmanəmizin nəbzini tutmaq niyyəti ilə gəlin mövzusuna toxundum. Sual ola bilər ki, niyə məhz gəlin mövzusu? Dədə-babadan görmüşük ki, gəlinləri aşıqlar tərifləyər. İstədim ki, keçmişə qayıbıb, tamaşaçılarıma nostalji anlar yaşadım. Mən də bir el aşığı olaraq gəlinlərimizə bunu ithaf etdim. Ümumiyyətlə şeir yazmaq, söz yazmaq başqa bir dəryadır. Amma buna baxmayaraq bir aşıq olaraq söz qoşmaq, şeir yazmaq bacarığım var. Düşünürəm ki, bəyənəcəklər. Bütün gəlinlərimizə xoşbəxt olmaqlarını arzu edirəm” deyə aşıq bildirib.

Aşıq Samirə Əliyeva yeni işlərindən də danışaraq bu cür sənət yeniliklərinin davamlı olacağını bildirib:

“Ümumiyyətlə bilirsiz ki, mənim həmişə gördüyüm işlərdə çalışdığım odur ki, saz havalarını özüməməxsus tərzdə ifa edim. Təbii ki, klassik üslubu qoruyub saxlamaq şərtilə çalışıram ki, həmin aşıq havalarını yenidən gündəmə gətirim. “Misri”, “Cəlili”, “Şirvan müxəmməsi” kimi saz havalarını simfonik orkestr ilə ifa etmişəm, aşıq havalarını kliplərimlə, yeni oranjmanlarla, yeni sözlərlə tamaşaçılara təqdim etmişəm. Aşıq Əli ilə birlikdə “Ana yurdum” layihəsini hava limanında flaşmob olaraq təqdim etmişik. Gənclərə bu yolla çalışıram aşıq

sənətini təbliğ edim və az da olsa bu sənətin təbliğatında rolum olsun. Mən həm aşığam ona görə, həm də bu dövlətin mənə verdiyi fəxri adın məsuliyyətidir. Bu hələ mənim görəcəyim işlərin ən kiçik hissəsidir. Xüsusən də o saz havalarından başlayacam ki, hansı ki, təəssüflər olsun ki, bəzən o aşıq havalarını ifa edirlər, ən azından demirlər ki, aşıq havasından bəhrələnmişəm. Birbaşa saz havasını plagiyat şəklində ifa edirlər və özlərini bəstəkar kimi təqdim edirlər. Mən ona görə çalışıram ki, bu saz havalarını ifa edib gündəmə gətirim və gənclərimiz də bilsinlər ki, kimin mahnıları saz havalarından oğurluqdur. Gələcəkdə bunun başqa yollarla da qarşısını alacağam ki, aşıq havaları onun-bunun adına çıxmasın. Çünki bu xalqın mirasıdır” deyə aşıq bildirib.