Cem Yılmaz "Anadır arzulara hər zaman Qarabağ" mahnısından zövq aldı - "Yorğun olanda dinləyib, istirahət edəcəyəm” EKSKLÜZİV - FOTOLAR
1032
Azərbaycanda konsert proqramı ilə çıxış etməyə gələn məşhur türk yumoristi Cem Yılmaz dünən yerli məkanların birində nahar edib.
25 ildən sonra ilk dəfədir ki, Bakıya gəldiyini vurğulayan komediya ustası nahar zamanı tar ustasının “Anadır arzulara hər zaman Qarabağ” mahnısını dinləyib.
Mediapress.az xəbər verir ki, CemYılmaz yeməkdən çox dinləməkdən zövq aldığını bildirib. Hətta tarın səsinə valeh olduğunu da dilə gətirməkdən çəkinməyib. Bundan əlavə, telefonu ilə “Anadır arzulara hər zaman Qarabağ” mahnısını videoya da çəkib:
“Hardasa, nə zamansa ""yorğun olanda dinləyib, istirahət edəcəyəm”.
Könül Aypara