\
23 Oktyabr 2024 - Çərşənbə

Məşhur meyxanaçı bugünkü yanğından belə xilas olub - TƏSADÜF

Məşhur meyxanaçı bugünkü yanğından belə xilas olub - TƏSADÜF
1998baxış

Meyxanaçı Aydın Xırdalanlı Respublika Narkoloji Mərkəzindəki yanğından təsadüf nəticəsində sağ qalıb.

Meyxanaçı həmin mərkəzdə müalicə olunurdu. Bir aya yaxındır ki, Narkoloji Mərkəzdə müalicə alan Aydın həmkarı Vasif Əzimovun oğlan toyunda iştirak etmək üçün Narkoloji Mərkəzdən çıxıb toya gedib.

Meyxanaçı daha sonra həmin mərkəzə qayıtmayıb.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində səhər saatlarında yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 25 nəfər dünyasını dəyişib./Baku.vs/

Mediapress.az