\
23 Noyabr 2024 - Şənbə

Amerikada məşhurlaşan sirk ustası Üzeyir növbəti dəfə ata oldu - "Leomiz oğlumu bəxş etdiyi üçün Tanrıya təşəkkür edirəm"

Amerikada məşhurlaşan sirk ustası Üzeyir növbəti dəfə ata oldu - "Leomiz oğlumu bəxş etdiyi üçün Tanrıya təşəkkür edirəm"
1235baxış

Amerikanın məşhur "America's Got Talent" şousunun iştirakçısı olmuş, məşhur Çarli Çaplinin bir nömrəli fanatı azərbaycanlı Üzeyir Novruzov növbəti dəfə ata olub.

Mediapress.az xəbər verir ki, ABŞ-ın Las Veqas şəhərində yaşayan Üzeyir oğluna "Leomiz" adını verib. 

Xatırladaq ki, Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.

Qeyd edək ki, Üzeyir Novruzov və sirk ustaları olan qardaşları Oqtay, Telman və bacısı Elnarə indiki Ermənistan ərazisində, qədim Göyçə mahalının Qaraqoyunlu kəndində (Basarkeçər rayonunun Qaraqoyunlu kəndi, sonradan adlar dəyişdirlib Vardenis rayonunun Əzizli kəndi olub) Ramiz və Zərifə Novruzovların ailəsində dünyaya gəlib.Ailə 1980-ci illərdə Ermənistanda yaşayan azərbaycanlılar son deportasiya olunanda deportasiyaya məruz qalıb. Novruzovlar ailəsi Krasnodara köçüb. Ailənin 4 uşağı da Krasnodarda sirkdə məşqlərə başlayıb. Sonra Moskvada ali təhsil alıblar.

Əzablı həyat yolu keçən ailənin başçısı Ramiz Novruzov vəfat edib. Hazırda anaları Zərifə Gəncə şəhərində, Gülüstan qəsəbəsində yaşayır. Qardaşlar Oqtay və Telman Almaniyada, Üzeyir və bacısı Elnarə isə Amerikada yaşayır.

Qeyd edək ki, Lomız tanınmış şoumenin üçüncü övladıdır.

Günel Ayxan