\
24 Noyabr 2024 - Bazar günü

Nağılbazın 5 yaşlı qızının atasına ürəkdağlayan yalvarışı - AUDİO

Nağılbazın 5 yaşlı qızının atasına ürəkdağlayan yalvarışı - AUDİO
1727baxış
"Anar oğlu Tamerlanın nömrəsini "WhatsApp"da qara siyahıya atıb ki, ona yaza bilməsin. Bir ata öz övladına qarşı necə belə ola bilər? Uşaqlarını sonuncu dəfə efirdə çəkiliş üçün aparıb, sonra bir dəfə də olsun maraqlanmayıb".
 
 
Mediapress.az xəbər verir ki, bu sözləri cebhe.info-ya açıqlamasında repçi Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva bildirib. O, əlavə edib ki, A.Nağılbaz uşaqları ilə nə bayram günlərində, nə də ki adi gülərdə maraqlanmır:
 
"Tamerlan ona "WhatsApp"da yazıb, uşağı "blok"a atıb. Belə ata olar sizcə? Qızımıza anasının adını verib, Şərqiyyə. Amma uşaqla maraqlanmır. Şərqiyyə bacımın "WhatsApp" profilində şəkil görüb. Həmin şəkil atasının da "WhatsApp"ında da var idi. Elə bilib ki atasıdır, Anara səs yazıb. Həmin səslərə qulaq asan adamın ürəyi parçalanır. Özünüz düşünün, mən ataları haqda pis danışsaydım, uşaqlar indi Anarı istəməzdi. Atasının adını çəkəndə deyərdi ki, istəmirəm. Amma uşaqlar atalarını sevirlər. Görün ki, bu uşaqların atalarına qarşı nə cür məhəbbəti var".
 
A.Cəbiyeva A.Nağılbaza qarşı qaldırdığı məhkəmə iddiasından da söz açıb. Ətraflı danışmasa da, keçmiş həyat yoldaşının aliment ödəməkdən boyun qaçırdığını bildirib:
 
"Anar aliment verməkdən boyun qaçırır. İndi də yalandan başlayıb ki, xəstəyəm. Guya onun xəstə olmağının səbəbkarı mənəm. Onunla ən son nə zaman danışdığımız bəlli deyil. Mən ona hədə-qorxu niyə gəlirəm ki? Uşaqları ilə məşğul olmaqdansa, onlara gün ağlamaqdansa, boş işlərlə məşğudur. Bu belə edir ki, sabah bir şey olsa mənim üzərimdə qalsın. Əslində, biz hamımız gözəl bilirik ki, bu yolun yolçusu olan insanın ürəyi də zəif olur, hər şeyi də. O, əvvəldən xəstə insan olub. Xəstəliklərində məni niyə günahkar tutur, onu anlamıram. Bu fikirlə məni qaralamaq, vurmaq istəyir. Ondansa uşaqlarına gün ağlasın, kirayələrdən çıxarsın. Hamısı yığılıblar o evə, uşaqların haqqını yeyirlər".