“1917” filminin təqdimatı baş tutdu - “Park Cinema Flame Towers"də - VİDEO - FOTOLAR
“Park Cinema” kinoteatrlar şəbəkəsi 2020-ci ilin tədbirlərinə start verib.
Mediapress.az xəbər verir ki, çərşənbə günü “Park Cinema Flame Towers”də Sem Mendesin “1917” filminin bağlı nümayişi keçirilib. “Amapola Events” şirkəti ilə birgə keçirilmiş tədbirdə birinci dünya müharibəsinin atmosferi canlandırılıb.
Sem Mendes (“Skayfoll”, “Amerikansayağı gözəllik”, “Dəhşətli nağıllar”) tərəfindən çəkilmiış filmin baş qəhrəmanları cəbhəyə təcili bir məktub çatdırmalıdır. Çatdıra bilməsələr, 1600 əsgər düşmən tərəfindən əhatəyə alınacaq. Baş rollarda Corc Makkey (“Çağırış”, “Oğlanlar qayıdır”, “Kapitan Fantastik”) və Din-Çarlz Çepmen (“Kişi ol”, “Sərnişin”, “Kral”) çəkilib. Polkovnik Makkenzinin rolunu isə Benedikt Kamberbetç canlandırıb.
Amerika və Avropada tamaşaçılar bu filmi çox müsbət qarşılayıblar. “Qızıl Qlobus” mükafatına iki nominasiyada (“Ən yaxşı drama filmi” və “Ən yaxşı rejissor”) qalib gələn “1917” hal-hazırda “Oskar”ın əsas favoriti sayılır. Azərbaycan tamaşaçıları bu filmə IMAX formatında ancaq “Park Cinema Flame Towers”də baxa bilər.