\
23 Noyabr 2024 - Şənbə

Azərbaycan güləşçisi Avropa çempionatında ermənini məğlub etdi

Azərbaycan güləşçisi Avropa çempionatında ermənini məğlub etdi
1392baxış

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxı Romadakı Avropa çempionatında ilk görüşünü keçirib

"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bolqarıstan təmsilçisi Aik Mnatsakanyanla üz-üzə gəlib.

Təsnifat mərhələsində erməniəsilli idmançını 5:3 hesabı ilə məğlub edən Süleymanov 1/8 finala yüksəlib. 

Qeyd edək ki, digər yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) ilk qarşılaşmasında Kiril Maskeviçə (Belarus) qalib gəlib. Bu gün Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) də mübarizəyə başlayacaq.