Məhəmməd Salah koronavirusla mübarizəyə 1.17 milyon avro bağışladı
1246
İngiltərənin "Liverpul" klubunun misirli futbolçusu Məhəmməd Salah koronavirusla mübarizə üçün ölkəsinə 1 milyon avrodan çox ianə edib.
"Report"un məlumatına görə, bu barədə Misirin sabiq idman naziri Xalid Abdulaziz "Twitter" hesabında paylaşım edib. O, 28 yaşlı yarımmüdafiəçinin 20 milyon Misir funtu (1.17 milyon avro) bağışladığını yazıb.
Qeyd edək ki, İngiltərədə bütün futbol matçları koronavirusa görə aprelin 4-dək təxirə salınıb.
Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.