\
20 Aprel 2024 - Şənbə

Frank Riberi də koronavirus xəstələri üçün yardım bağışlayıb

Frank Riberi də koronavirus xəstələri üçün yardım bağışlayıb
1088baxış

“L'Equipe” italyan nəşrinin yaydığı xəbərə görə, İtaliyanın “Fiorentina” klubunun oyunçusu Frank Riberi də koronavirus xəstələri üçün yardım bağışlayıb.

Nəşrin verdiyi məlumata görə, dünya şöhrətli futbolçu İtaliya xəstəxanalarına 50 min avro ianə verib.
Sözügedən kampaniya "Güc və ürək - mühüm qələbəyə doğru birlikdə" adlanırdı. Kampaniyanın məqsədi 500 min avro toplamaqdır.
Xatırladaq ki, daha öncə portuqaliyalı oyunçu Kristiano Ronaldo öz brend otellərini xəstəxana kimi istifadəyə verib vətəndaşlara havayı xidmət göstərmək qərarı haqda açıqlama yaymışdı.