\
23 Noyabr 2024 - Şənbə

Türkiyə klubunun prezidenti koronavirusdan öldü

Türkiyə klubunun prezidenti koronavirusdan öldü
2902baxış

Türkiyənin həvəskar liqasında mübarizə aparan "Zeytinburnu Telsizspor" klubunun prezidenti Turgay Kalyoncu dünyasını dəyişib. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna koronavirus səbəb olub. O, müalicə aldığı xəstəxanada vəfat edib. 

Qeyd edək ki, Turgay Kalyoncu şəkərli diabet və xroniki xəstəlikdən əziyyət çəkirdi. Onun sabah Zeytinburnunda dəfn olunacağı bildirilib.