\
23 Noyabr 2024 - Şənbə

Azərbaycan klubunun basketbolçusu narkotik maddə satdığı üçün həbs olunub

Azərbaycan klubunun basketbolçusu narkotik maddə satdığı üçün həbs olunub
1501baxış

Azərbaycanın "Sərkərdə" klubunun basketbolçusu Nikolae Kojuhari İrlandiyanın Offali şəhərində saxlanılıb. 

"Report" "offalyexpress" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu 100 min avroluq narkotik bitki olan kannabis satmaqda və yetişdirməkdə ittiham olunur. 

Onunla birlikdə daha iki nəfər tutulub. 

Kojuharinin girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddia təmin edilməyib. Hər 3 şəxs mayın 13-də məhkəmənin hökmü ilə həbs olunub. Növbəti məhkəmə prosesi mayın 20-də olacaq.

 

Nikolaye Kojuharu