\
29 Mart 2024 - Cümə

Boksçu atışmada öldürüldü

Boksçu atışmada öldürüldü
6086baxış

İngiltərənin Beri şəhərində baş verən atışmada boksçu Koul Kerşou öldürülüb. 

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə avqustun 12-də baş verib. Şahidlər axşam saatlarında polisə silah səslərinin eşidildiyini bildirib.

Hadisə yerinə gələn asayiş keşikçiləri Kerşounu tapıblar. Sinəsindən güllə yarası alan 18 yaşlı britaniyalı boksçu xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin məlumata görə, Koul Kerşounun dostları ilə başqa qrup arasında münaqişə baş verib.