Azərbaycan İdman Jurnalistləri Assosiasiyası cərimələndi - 20000 manat
Bakı Apelyasiya Məhkəməsində cərimələnən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının apelyasiya şikayətinə baxılıb.
Mediapress.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Assosiasiyanın apelyasiya şikayəti təmin edilməyib, birinci instanasiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan İdman Jurnalistləri Assosiasiyası barədə inzibati protokol tərtib edib. Yasamal Rayon Məhkəməsi həmin protokola əsasən, təşkilatın 20 000 manat cərimə edilməsi barədə qərar çıxarıb.
Assosiasiya İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.
Qərardan narazı qalan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası apellyasiya şikayəti verib.