\
22 Noyabr 2024 - Cümə

Azərbaycan qazının TAP kəməri ilə Avropaya sınaq nəqlinə başlanılıb

Azərbaycan qazının TAP kəməri ilə Avropaya sınaq nəqlinə başlanılıb
2206baxış

Azərbaycanın "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan təbii qaz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Avropaya test rejimində daşınmasına başlanılıb.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qaz Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçəcək və İtaliyaya qədər çatdırılacaq.

Mənbələr TAP-a test üçün və hətta xətdə qalacaq qədər sınaq məqsədilə qazın vurulduğunu, eyni zamanda TAP-ın 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyini bildiriblər.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.