\
27 Noyabr 2024 - Çərşənbə

“Xocalı” İdman Klubu uşaqlar və gəncləri düşmənə nifrət ruhunda yetişdirəcək! - FOTOLAR

“Xocalı” İdman Klubu uşaqlar və gəncləri düşmənə nifrət ruhunda yetişdirəcək! - FOTOLAR
1716baxış

.. Sağlam bədəndə sağlam ruh olar, deyiblər. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Respublika Kik Boksinq federasiyasının prezidenti Adil Əliyev bu amili əsas götürərək, ətrafına sağlam insanları, xüsusən də sağlam əqidəli idmançıları toplayıb. Hər biri öz-özlüyündə Vətənimizin müdafiəçisi, dövlətimizin ümid yeridir.

2017-ci ilin əvvəllərində yaradılan, ölkədə böyük rəğbətlə qarşılanan “Xocalı Kik boksinq İdman Klubu” da Respublika Kik Boksinq Federasiyasının tərkibinə fəaliyyət göstərir.

Klubun direktoru, 5 qat dünya çempionu, Azərbaycanın qladiatoru Ehram Məcidov. Baş məşqçisi Xocalı rayonu Kərkicahan qəsəbəsindən məcburi köçkün Əli Cəfərovdur.

Klubda müxtəlif yaş qrupunda məşqlər aparılır. Uşaq, yeniyetmə və gənclərin qəlbində Vətənə məhəbbət, düşmənə nifrət hissi aşılanır.

Biz şəkilərdə gördüyünüz bu azyaşlıların gələcəyinə böyük ümid bəsləyirik. Onlar  düşmənlərin nasını ağladacaq “kamikadze”dirlər. Var olun, dəyərli Adil müəllim, dəyərli  Əli müəllim, dəyərli Ehram müəllim! Biz sizə inanırıq. İnanırıq ki,  yetişdirdiyiniz idmançılar doğma yurdumuza sədaqətlə xidmət edəcəklər.

Şamil Sabiroğlu

Mediapress.az