\
22 Noyabr 2024 - Cümə

Rusiya Olimpiya Komitəsinin "Katyuşa" mahnısı ilə bağlı tələbi rədd edildi

Rusiya Olimpiya Komitəsinin "Katyuşa" mahnısı ilə bağlı tələbi rədd edildi
1543baxış

Rusiya Olimpiya Komitəsi (OKR) Tokio və Pekin olimpiadalarında dövlət himni əvəzinə "Katyuşa" mahnısından istifadə edə bilməyəcək.

"Report" "Inside the Games" nəşrinə istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) OKR-in bu məsələ ilə bağlı tələbini rədd edib.

CAS dopinq qalmaqalı ilə bağlı Rusiya idmançılarının nüfuzlu beynəlxalq yarışlarda - olimpiya, paralimpiya oyunlarında, dünya çempionatlarında ölkə bayrağı və himni ilə çıxış etməsinə qadağa qoyub. Qadağa 2022-ci il 16 dekabradək qüvvədə olacaq. Rusiya təmsilçilərinin olimpiadalarda hansı marşdan istifadə edə biləcəyinə dair son qərarı Beynəlxalq Olimpiya Komitəsi verəcək.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust 2020-ci ildə keçirilməli idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar Oyunlar bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Pekindəki Qış Olimpiya Oyunları 2022-ci il 4 - 20 fevralda gerçəkləşəcək.