İki olimpiada iştirakçısı qəzada öldü
1791
Braziliyada bobsley üzrə milli komandanın keçmiş üzvü Odirley Pessoni vəfat edib.
"Report"un məlumatına görə, Pessoni Rio-de-Janeyro şəhəri yaxınlığındakı Minasu ştatında motosikleti ilə qəzaya düşüb.
O, döngədə qarşıdan gələn avtomobillə toqquşub. Başı bamperə dəyən 38 yaşlı idmançı çoxsaylı sınıqlardan yerindəcə keçinib.
Qeyd edək ki, Odirley Pessoni 2014-cü il Soçi və 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında Braziliyanın bobsleyçi "dördlüy"ünün tərkibində çıxış edib. O, müvafiq olaraq 26-cı və 29-cu yerləri tutub.