\
25 Aprel 2024 - Cümə axşamı

Bu şəxslər metrodan və avtobuslardan pulsuz istifadə edəcəklər

Bu şəxslər metrodan və avtobuslardan pulsuz istifadə edəcəklər
1638baxış

Futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək oyunlarında iştirak etmək üçün akkreditasiyadan keçmiş bütün şəxslər Bakı metropolitenindən pulsuz istifadə edəcək.

Mediapress.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bununla əlaqədar Avropa Çempionatının Təşkilat Komitəsi ilə Bakı Metropoliteni arasında razılıq əldə edilib. Razılığa əsasən bu məqsədlə akreditasiyadan keçən iştirakçılar və azarkeşlərdən metrodan istifadə üçün ödəniş tələb olunmayacaq.

Həmçinin, AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına akkreditə olunmuş şəxslər iyulun 5-nə qədər paytaxtda müntəzəm marşrut xəttlərindən də pulsuz istifadə edəcəklər.