\
26 Sentyabr 2021 - Bazar günü

“Everton” Fatih Terimi istəyir

“Everton” Fatih Terimi istəyir
1194baxış

İstanbulun “Qalatasaray” klubu ilə müqaviləsi bitən Fatih Terim məşqçi karyerasını Avropa klublarından birində davam etdirə bilər.

“Ajansspor” məlumat verir ki, hazırda İngiltərə və İtaliya klubları türkiyəli baş məşqçi ilə danışıqlar aparır.Mənbə iddia edir ki, “Everton” klubu Karlo Ançelottidən sonra boş qalan baş məşqçi vəzifəsinə məhz F.Terimin gətirilməsində israrlıdır.

İddialara görə, “Everton”un idman direktoru Marsel Brands F.Terimə təmsil etdiyi klubun konkret təkliflərini irəli sürüb və 67 yaşlı baş məşqçini razı salmağa cəhd göstərir.