\
28 Mart 2024 - Cümə axşamı

Şəhriyar Məmmədyarovun qazancı bəlli oldu

Şəhriyar Məmmədyarovun qazancı bəlli oldu
1445baxış

Rumıniyanın paytaxtı Buxarestdəki "Superbet Chess Classic"in qalibi olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun turnirdəki qazancı bəlli olub.

Mediapress.az-ın məlumatına görə, 36 yaşlı qqrossmeyster 90 min ABŞ dolları əldə edib.

6-cı yeri tutan Teymur Rəcəbov isə 22 min 500 dollar qazanıb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Superbet Chess Classic"in sonuncu - IX turunda Maksim Vaşye-Laqravla heç-heçə edərək xallarının sayını 6-ya çatdırıb və çempion olub.