\
29 Mart 2024 - Cümə

AVRO-2020: Bu gün daha üç qarşılaşma baş tutacaq

AVRO-2020: Bu gün daha üç qarşılaşma baş tutacaq
1556baxış

AFİŞA Azərbaycanın da ev sahiblərindən biri olduğu futbol üzrə Avropa çempionatı davam edir.

Mediapress.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutacaq.

Əvvəlcə F qrupu çərçivəsində Macarıstan və Fransa yığmaları üz-üzə gələcək.

Günün ikinci matçı isə turun mərkəzi görüşü olacaq. Belə ki, Portuqaliya və Almaniya milliləri münasibətlərinə aydınlıq gətirəcək. 

E qrupunda isə İspaniya və Polşa yığması qarşı qarşıya gələcək.